Ölkə 10:38 08.04.2023

Binəqədidə rəis iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir

Bakının Binəqədi rayonunda vəzifəli şəxs iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir. 

Qaynarinfo-nun məlumatına görə, Binəqədi rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub. 

Sözügedən maddəyə görə, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Artıq Elmin Zamanov müfəttişliyin qərarından Binəqədi Rayon Məhkəməsində şikayət verib. 

İşə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Əhməd