
Bu gün saat 20 radələrində Binəqədi rayonu, Azadlıq prospekti 178 ünvanında güclü yanğın baş verib. Hadisə 16 mərtəbəli binanın ikinci blokununun 8-ci mərtəbəsində olub.
Publika.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının əhatəsi 16-cı mərtəbəyə doğru genişləndiyindən, yanğınsöndürənlər alovun qarşısını almaqda çətinlik çəkiblər. Hadisə zamanı insan itkisi olmasa da, blokdakı bütün mənzillərə ziyan dəyib.
Öncə yanğına səbəb kimi elektrik naqilində baş verən qısaqapanma göstərilib. Sonradan sakinlər bildiriblər ki, binanı ruhi xəstə olan Xalidə adlı şəxs yandırıb. O, hüquq-mühafizə orqanları tərəfindən Binəqədi rayon polis bölməsinə aparılıb.
Qeyd edək ki, sözügedən bina 1972-ci ildə tikilib.
Qaynar.info