Bakının Binəqədi rayonunda yolların subasma problemi hələ də öz həllini tapmayıb.
Qaynarinfo.Az yeniavaz.com-a istinadən xəbər verir ki, ara küçələrdə yaranan böyük çalalar Binəqədini keçilməz edib. Hətta iri qabaritli maşınlar da küçələrdə çətinliklə hərəkət edir.
Sakinlər palçıqlı suya düşməmək üçün hasarların kənarı ilə yol getməyə çalışır. Minik maşınlarının bu küçələrdən keçməsi isə tam bir möcüzədir.
Yerli sakinlər kanalizasiya sisteminin düzgün işləməsindən gileylənir.
Binəqədidəki son vəziyyəti oxuculara təqdim edirik.
Qaynarinfo.Az