Xəbər lenti

Bir ailənin 4 üzvü qəzaya düşdü: biri öldü
Ölkə13:37 03.09.2016

Bir ailənin 4 üzvü qəzaya düşdü: biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 14:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cuma kənd ərazisindən keçən hissəsində qəza baş verib.
APA-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini  Məmməd Ağarəhim oğlu İbrahimovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən idarəetmənin itirib və maşın aşıb.
Nəticədə avtomobildə olan sərnişin, M. İbrahimovun anası Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Radilə Məmməd qızı İbrahimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Sürücü M. İbrahimov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Aytən Nadir qızı İbrahimova və övladı 2012-ci təvəllüdlü Rəhim Məmməd oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Şəki rayon Regional Təcili və  Təxirəsalınmaz Tibbi Yardım StansiyasındanAPA-a verilən məlumata görə, xəsarət alanların vəziyyəti yüngül olduqdan xəstəxanaya gəlməkdən imtina ediblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.    
Qaynarinfo.Az