Xəbər lenti

Bir ailənin iki gəlini dəm qazından zəhərləndi
Ölkə18:04 06.01.2019

Bir ailənin iki gəlini dəm qazından zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qobustanda bir ailənin iki gəlini dəm qazından zəhərlənib.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.
Kənd sakinləri 1987-ci il təvəllüdlü Xəlilova Vüsalə Musaxan qızı və eltisi, 1993-cü il təvəllüdlü Xəlilova Azadə Ələkbər qızı hamamda olarkən dəm qazından zəhərlənib. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onlar bu vəziyyətdə ailə üzvləri tərəfindən tez aşkarlanıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.