Xəbər lenti

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə (VİDEO)
Ölkə09:10 13.04.2026

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda  avtomobil yollarında tətbiq olunan sarı kəsişmə toru bir çox funksiyanı özündə birləşdirir.
Həmin torun əsas mahiyyəti ondan ibarətdir ki, avtomobillər yolayrıcında hərəkət sıxlığı olduğu zaman bu əraziyə daxil olmamalıdır. Eyni zamanda, bu nişan yol hərəkətinin düzgün tənzimlənməsinə xidmət edir.
Xüsusilə, tıxac zamanı sarı kəsişmə toruna daxil olan sürücülər cərimələnirlər.
Bu əraziyə daxil olmağa görə 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunur.
Daha ətraflı İctimai TV-nin videomaterialında: