Dünən yeni açılmış Qış Bulvarındagəzintiyə çıxmışdıq, qarışıq məhəllələrin sökülüb yerində belə bir açıqməkanın yaranması bütün hallarda insanı sevindirir, istər-istəməzhökumətimizə minnətdarlıq hissilə çoxsağol deyirsən, büdcə pullarınınheç olmasa bir hissəsini bu cür xeyirxah işlərə xərclədiklərinə görə.
Lakinbu açıqlıqda sanki, şəhərin eybəcərliyi də üzə çıxıb. Evə yeni bir əşyaalanda qalan əşyaların əskimiş olduğu necə üzə çıxarsa, Bakının(“Bakımızın”) üzündən də pərdə çəkilmiş kimi, ətrafdakı binalarınmemarlıq açısından heç bir nizama, prinsipə və ya ideyaya uymadığıaçıq-aşkar görünməkdədir.
Faydası yoxdur,istər sağa, istər sola, istər çevrilib arxaya bax, əsla modernadlanmayacaq qarmaşıq şəhər görüntüsü. Alçaq binaların arasındanqəflətən kolbasa kimi uzanan, fasad boyası ürəkbulandıran, başında 4dənə günbəzi olan bir binanın bir az daha irəlisində, Ağır CəzaMəhkəməsi ilə üzbəüz nisbətən modern binanın həmən yanında, memarlıqhəlli və kompozisiya olaraq insanı depressiyaya salan ampir üslubundabir tikili və bitişiyində son dərəcə bəsit inşaat qusmağı deyəbiləcəyimiz başqa bir çoxmərtəbəli bina.
Bir dədönüb geriyə baxdığımızda (“Bir dön bizim Bakıya bax”) Dram Teatrınınarxa planında əsl şəhər dramını - çoxmərtəbəli binaların əmələ gətirdiyibeton meşəni görürsünüz. Ümumən şəhərin bozluğu, rəngli binaların deməkolar ki olmaması, ən yaxşı halda, daha yaxşı şeylər arzulamaq ehtiyacıdoğurur insanın ürəyində.
Şəhərin simasıdəyişir və dəyişməlidir. Neft gəlirlərinin pik nöqtəyə çatdığı buillərdə, xalqımız bütün məhrumiyyətlərə səbrlə sinə gərərək əsasyatırımların Bakı şəhərinin yenidən qurulmasına, “əşi, nə qədər yesələrdə, heç olmasa şəhəri abıra salırlar” deyərək bir təsəlli kimibaxmaqdadır. Lakin elə ilk baxışdan bu yenidənqurmanın naşı əllərdəolduğunu görmək insanı xəyal qırıqlığına uğradır.
Əvvəla,demək olar ki, bütün restavrasiya olunan binalarda, parklarda və digərməhəllərdə “imperiya” üslubunun tətbiq edilməsi, mənim görüşümə görə,olduqca yersizdir, deyərdim ki, müasir memarlıqdan xəbəri olmayanbirinin alimi-biəməlliyidir. 19-cu əsrin əvvəllərində Fransada yaranmış“İmperiya üslubu” – Ampir (fr. Empire) Napoleonun həşəmərini göstərməküçün tətbiq edilmiş memarlıq üslubu idi. Əsas cəhətləri sərt, amansızcizgilər, təmtəraqlılıq, teatrallıq, soyuqluq, nümayişkaranəlik vəmüəyyən mənada ağır təsir bağışlamaq və s. idi. Bu memari üslubun əsasəlamətləri qədim Yunan və Roma monumental obrazlarından istifadəedilməsindəydi. Çox təmtəraqlı olması adətən bu üslubda olan layihələrinbaha başa gəlməsinə səbəb olurdu. Bu cür layihələrdə pəncərələr mütləqrelyefli çərçivədə olmalı, giriş nərdivanları küçəyə doğru uzanmalı,karnizlər, yapışdırma elementləri, yuvarlaq medalyon formasındabarelyeflər, binaya monumentallıq verməkdən ötrü yonulmamış daşlar,rotondalar, kolonlar və s. elementlər uyqulanmalıdır ki, bu üslubelementlərin hamısnı biz Bakıda yapılan binalarda görməkdəyik.
Hətta, dünyada istisna hallarda tətbiq edilən hərbi emblematikanın izlərinə belə bu günün Bakı memarisində rastlaya bilərik.
İmperiyaüslubunun ən son dalğası “proletar Ampiri” hesab olunur ki, bununörnəklərini biz Bakı şəhərində, “stalinka” deyilən binaların timsaalındagörə bilərik. Moskvada və SSRİ-nin digər böyük şəhərlərində tikilən,sözün birbaşa və məcazi mənalarında “topdağıtmaz” binalar daha çoxdüşməni “əzmək” vasitəsi idi. Binaların zahiri ehtişamı siyasipropaqandanın bir davamı kimi nəzərdə tutulurdu və kapitalist dünya iləqarşıdurma halında olan Sovetlər Birliyi üçün bu başadüşülən idi.Demokratik Avropa ailəsinin bir üzvü olan Azərbaycanda isə ampirüslubunun ucdantutma tətbiq edilməsi, mənim düşüncəmə görə, ən yumşaqifadəylə desək, zövqsüzlükdür.
Bakının büsbütünyontalanmış boz rəngli mişar daşıyla qaplanması şəhərə ümumilikdəqəbirəstanlıq mənzərəsi verir. Kolonnadalı, günbəzli, mərmər qaplamalı,massiv binalar da həmin məzarlıq əhval-ruhiyyəsini tamamlayır, insanınüzərində öldürücü psixoloji təsir buraxır, bu binaların içinə girməkdeyil, qorxub onlardan kənara çəkilmək hissi oyandırır.
Şəhərin yüngül konstruksiyalı rəngarəng binalara ehtiyacı var. Bu, vətəndaşların nəfəs almasını asanlaşdırardı.