Xəbər lenti

Bir fotoyla məşhurlaşan müəllimə noutbuk hədiyyə edildi - FOTO
Ölkə14:00 21.02.2017

Bir fotoyla məşhurlaşan müəllimə noutbuk hədiyyə edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkələrin və mediada məşhurlaşan Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmova noutbuk hədiyyə edilib.

Yardımlı rayon Mərkəzi kitabxanasının əməkdaşı Sakit Ziyadovun BakiPost.az-a verdiyi məlumata görə, noutbuk Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən Aztelekom MMC tərəfindən verilib. Bundan əlavə, N. Məhərrəmova modem də hədiyyə edilib.

Hədiyyəni təqdim edən Aztelekom MMC-nin nümayəndəsi Elcin Cabbarov bildirib ki, bir illik internet paketi də Nəcəf müəllimə verilən hədiyyələr sırasındadır.

Qaynarinfo.Az