Xəbər lenti

Bir gündə 7 nəfər dənizdə boğuldu - DİQQƏT!
Ölkə08:32 21.07.2016

Bir gündə 7 nəfər dənizdə boğuldu - DİQQƏT!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub.

"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

İyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Nazirlikdən bildirilib ki, 6 nəfərin meyiti sudan çıxarılıb. Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Qaynarinfo.Az