Xəbər lenti

Bir həftə əvvəl bağlanan marşrut ikinci dəfə açıldı - Bakıda
Ölkə09:17 16.06.2016

Bir həftə əvvəl bağlanan marşrut ikinci dəfə açıldı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bir müddət əvvəl fəaliyyəti dayandırılan avtobus marşrutları yenidən xəttə buraxılıb.

Ötən gündən etibarən 18 nömrəli avtobus yenidən əvvəlki marşrutu üzrə hərəkətə başlayıb. 

Marşrutun bərpa edilməsini Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda 18 və 96 nömrəli marşrutlar yenidən işləyir. Avtobusların hansı səbəbdən xəttə buraxıldığı haqqında açıqlama verməyən mətbuat katibi adıçəkilən xətlərin sürücülərinə təlimatların verildiyini vurğulayıb. 

"Bizə 18 və 96 nömrəli marşrutlardan çoxlu şikayətlər daxil olur. Biz də bununla bağlı sürücülərə xəbərdarlıq etmişik", - deyə Nuridə Allahyarova bildirib.

16, 18 və 96 saylı marşrutlar iyunun 9-da xətdən çıxarılmışdı. Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə, tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılmışdı. 

Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək. "Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə, alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək".

Bakıda 18 saylı marşrut xəttinin fəaliyyəti aprel ayında da dayandırılmışdı. Bundan sonra sürücülər qərara etiraz edərək 250 insanın işsiz qalacağını deyirdilər. O zaman da marşrut bir neçə gündən sonra yenidən fəaliyyətə başlamışdı. (anspress.com)

Qaynarinfo.az