Xəbər lenti

Bir həkimin qazilik hekayəsi: “Əlil olsam da, yenə cəbhəyə gedərəm” (VİDEO)
Ölkə18:01 13.10.2023

Bir həkimin qazilik hekayəsi: “Əlil olsam da, yenə cəbhəyə gedərəm” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baku TV Vətən müharibəsi qazisi Ruslan Qurbanini ziyarət edib.
Hərbi həkim Ruslan Qurbani qazilik hekayəsindən bəhs edib.
O qeyd edib ki, onların xidmət etdiyi hərbi hissə sentyabrın 27-si döyüşlər başlayan zaman Füzulinin Qaraxanbəyli istiqamətində hücuma keçib.
"Oktyabrın 10-da məlumat verildi ki, yaralı əsgərimiz var. Biz yaralının olduğu yerə gedərkən maşını vurdular. Mən və sürücü yaralandıq. Bir müddət Azərbaycanda müalicə olunduq. 2021-ci ilin iyun ayında qardaş Türkiyəyə müalicəmin davam etdirilməsi üçün göndərildim. 2022-ci ildə avtomobil və işlə təmin olundum”, - R.Qurbani bildirib.
Əlil olmağını qüsur kimi görmədiyini bildirən qazimiz ehtiyac olarsa, yenə də cəbhəyə getməyə hazır olduğunu deyib.
Ətraflı süjetdə: