Xəbər lenti

“Bir milyard kredit götürmək istəyirik” - Rövnəq Abdullayev
Ölkə10:20 19.03.2015

“Bir milyard kredit götürmək istəyirik” - Rövnəq Abdullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

SOCAR yeni Neft-Kimya Kompleksi (OGPC) layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Mərkəzi Bankından kredit cəlb etmək niyyətindədir. 

Qaynar.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Neftqaztikinti" trestinin yeni inzibati binasının açılışı zamanı deyib. Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: "Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik".

Qaynar.info