Xəbər lenti

“Bir ordu polis də evimə hücum etsə, getməyəcəm” - YENİLƏNİB
Ölkə06:31 29.05.2014

“Bir ordu polis də evimə hücum etsə, getməyəcəm” - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Leyla Yunus yenidən istintaqa çağırılıb. 

Bu barədə Meydan.tv xəbər yayıb. 

Mayın 29-da səhər saat 9 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbaranski hüquq müdafiəçisi Leyla Yunusa zəng edərək onu dindirilməyə çağırıb.

***

Hüquq-müdafiəçisi Leyla Yunus istintaqa çağırılmasından danışıb. “Qafqazinfo”ya açıqlamasında hüquq-müdafiəçisi bildirib ki, bu gün səhər saatlarında müstəntiq İbrahim Ləmbəranski zəng edib və onu prokurorluğa çağırıb. Leyla Yunus isə əvvəlcə onlardan qanunsuz olaraq götürülən pasportlarını istədiyini, daha sonra istintaqa gələcəyini deyib: “O özünü elə apardı ki, guya heç nə başa düşmədi və yenidən təkrar etdi ki, 2 saat sonra məni istintaqda gözləyəcək. Mən ona cavab verdim ki, əgər bir saat sonra o, yaxud Baş Prokurorluqdan kimsə evimizə bizim qanunsuz olaraq götürülən sənədlərimizi gətirsə, o zaman 2 saat sonra prokurorluğa gedəcəyəm. Əgər pasportu gətirməsələr, qaytarmasalar hətta bir ordu polis mənim evimə hücum etsə də mən heç yerə getməyəcəm dedim və telefonu bağladım”.

Qaynar.info