Xəbər lenti

Bir qrup fırıldaqçı "AZAL"ı aldatdı: şirkət əhaliyə müraciət etdi
Ölkə14:40 04.08.2017

Bir qrup fırıldaqçı "AZAL"ı aldatdı: şirkət əhaliyə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti əhaliyə müraciət edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA”ya verilən məlumata görə, son vaxtlar "AZAL" tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.

Müraciətdə bildirilir ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edib, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıblar.

“AZAL" sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırıb.

Qaynarinfo.Az