Xəbər lenti

Bir səhv özünü, arvadını, gəlinini və nəvəsini xəstəxanalıq etdi
Ölkə11:55 19.09.2014

Bir səhv özünü, arvadını, gəlinini və nəvəsini xəstəxanalıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Ələt-Astara magistralının 214-cü km-də 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yolun Lənkəran rayonunun Bürcəli qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, 30 yaşlı Elbrus Malıyevin idarə etdiyi “VAZ-2106” markalı maşın Astara rayon sakini 24 yaşlı Zaur Rzayevin idarə etdiyi eyni markalı maşınla toqquşub.

Nəticədə hər iki maşın yararsız hala düşüb. Həmçinin sürücü Elbrus Malıyev və maşındakı ailə üzvləri, həyat yoldaşı Sərməgül, gəlini 22 yaşlı Rufanə, nəvəsi Həsən ciddi bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzanın Zaur Rzayevin idarə etdiyi avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş verdiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info