Xəbər lenti

Bir sıra mədəniyyət işçisinə töhmət verildi
Ölkə15:05 27.02.2016

Bir sıra mədəniyyət işçisinə töhmət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin bir neçə əməkdaşına töhmət verilib.
İlin əvvəlindən başlayaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədilə bağlı yoxlamalar aparılıb.
Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq, Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Əhmədov İkram Gülağa oğluna yazılı xəbərdarlıq elan edilib.
Həmçinin Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Ramazanova Leyla Nurəddin qızına, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğluna və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Rzayev Məmməd Rza oğluna töhmət verilib.
Qaynar.info