2026-2027-ci tədris ili üzrə 121 909 nəfər birinci sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb.
Qaynarinfo xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı açıqlayıb.
O bildirib ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixində aktiv edilib. Hazırkı statistikaya əsasən 58 943 nəfər məktəbəhazırlıq qruplarına sorğu yerləşdirib.
Şərhlər