Xəbər lenti

Birinci xanımlar görüşdü - FOTO
Ölkə13:34 14.04.2016

Birinci xanımlar görüşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə `Lütfi Kırdar Konqres Mərkəzində` görüşüb.
Azvision.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Əminə Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə görüşərək söhbət edib.
Daha sonra Ə. Ərdoğan və qonaqları “Ümidin rəngləri” adlı rəsm sərgisinə baxıblar. Türkiyə prezidentinin xanımı qonaqlarla ailə fotosu çəkdirib.
Qaynar.info