Education HUB-un təşkilatçılığı ilə Neftçalada "İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində "Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, təlimin ilk günü, 20 oktyabrda stereotiplər, zərərli vərdişlər, seçim azadlığı kimi məsələlərə toxunulub. NAYORA-nın təşkilatçılığı ilə keçirilən təlimin növbəti günü 8 və 9-cu siniflərdə oxuyan 20 nəfər şagirdin təqdimatında qeyd olunan mövzularla bağlı Forum Teatr keçirilib.
Qeyd edək ki, Education HUB-un təşkilatçılığı ilə "İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən "İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. Layihənin ilk mərhələsi 29-30 sentyabr tarixlərində Bakıda keçirilib.