Xəbər lenti

Biz təhlükə deyilik
Ölkə11:55 07.12.2013

Biz təhlükə deyilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pənah Əlisoy

Dünən şəhərdə ayaqyalın bir uşaq gördüm. Dilənirdi. İçimdən ona yaxınlaşıb söhbət etmək keçdi və yaxınlaşdım. Әynindəki şalvardan dizləri çölə can atırdı. Hava çox soyuq  idi. Titrəyirdi yavrucığaz. Bilmirdim nә edim. Gözlərinə baxdım. Bu cür əzablı həyat yaşamasına baxmayaraq, gözləri parlayırdı. Sanki gözlərində həyata meydan oxuyan, arzularla dolu bir igid var idi. Biixtiyar adını soruşdum. Mənə tərs-tərs baxıb Murad deyə dilləndi. Axmaqca daha bir sual verdim: "Necəsən Murad?"... Susqunluğu cavabım oldu. Sonra isə "mənə çörək pulu ver!" - deyə dilləndi. Cibimdə olan bütün xırda pulu ona verdim və soruşdum evin var, ailən var sənin? Yenə bayaqkı susqunluq və birdən gözlərindən axan göz yaşı...

Yaşlı gözlərlə üzümә baxdı və üzünü çevirib uzaqlaşdı yanımdan.

Utandım özüm özümdən. Nə edəcәyimi bilmədən kor peşman davam etdim yoluma.

Küçə uşaqları - şəhərin küçələrində yaşayan uşaqları müəyyənləşdirmək üçün istifadə edilən bir termindir. Təməl olaraq ailə baxımından və qorunmasından məhrumdurlar. Küçələrdə yaşayan uşaqların bir çoxu 5 ilə 17 yaş arasında olur.

Küçə uşaqları tərk edilmiş binalarda, karton qutularda, parklarda və ya küçələrdə özlərinə sığınaçaq tapırlar. UNİCEF onları iki kateqoriyaya bölür:

Birinci kateqoriyanın küçə uşaqları dilənçilikdən tutmuş ən xırda işlərlə  məşğul olur. Və günün sonunda qazandıqları pulları ailələrinə gətirirlər və ailənin dolanmasına yardımçı olurlar. Məktəbə gedə bilirlər və bir ailəyə sahib olma duyğusuna sahibdirlər. Ailələrinin maddi vəziyyəti çox aşağı olduğundan bu uşaqlar küçə həyatına qəbullanır və və bu həyat tərzi ilə yaşayarlar. Çox az sayda uşaq bu həyatı dəyişə bilir.
Digər kateqoriyada olan küçə uşaqları küçələrdə yaşayırlar və ailəyə heç bir bağlılığı olmur. Olsada çox zeif olur. Ailələri haradasa rastlarına çıxsa görüşərlər. Bu cür uşaqlar ən pis işlərə qoşulmaqdan belə çəkinməzlər. Kiçik yaşlarından siqaretə, narkotikə, oğurluq etməyə  başlayırlar. Böyük şəhərlərdə bu cür uşaqları istismar edirlər, uşaq alverininin qurbanı olurlar və ən yayılmış bir vəziyyət, həmin uşaqlar polisin izini aça bilmədiyi cinayətlərin cinayətsiz qurbanı olurlar. ƏӘn  çox təhlükədə olan uşaqlar ikinci kateqoriyanın uşaqlarıdır.

Әksəriyyət küçə uşaqları kimsəsiz deyillər. Әslində bu uşaqlar küçələrin "kimsəsizləridir". Çünki onlar bu cəmiyyətdə yaşamaq üçün apardıqları mübarizədən yadlaşmışlar. Bu uşaqlar üçün ən böyük təhlükə narkotik maddələrə tez aludə olmaları, uşaq alverinin qurbanına çevrilmə ehtimalının çox olması, ehtiyac üzündən cinayət törətməsidir. Uşaqlar küçә hәyatını özlәri seçmirlәr. Buna onları vadar edәn amillәr var.  Yetim, tərk edilmiş və ya ailələri   tərəfindən redd edilmiş ola bilirlər.  Ailələri onların ehtiyac duyduqları əsas  şeyləri qarşılaya bilməməsi, ailələrinin pis rəftarı və ya laqeydi üzündən küçədə yaşamağı seçə bilərlər. Amma bütün bunlara baxmayaraq bacardığımız qәdәr onlara sahib çıxmalıyıq. Onları özümüzdәn uzaqlaşdırmaqla, tәhqir etmәklә, söymәklә, yan keçmәklә, görmәmәzlikdәn gәlmәklә biz gәlәcәk üçün potensial cinayәtkar, hәr hansı bir xәstәlik daşıyıçısı vә ya bütünlüklә mәhv olmuş bir bomj yetişdirmiş oluruq.

Bu gün Azərbaycanda, ələlxüsusda Bakıda küçələrdə yaşayan xeyli sayda uşaq var. Və onların taleləri birmənalı şəkildə ipdən asılı vəziyyətdədir. Hər an pis vərdişlərin aludəçisi ola bilər, ən pis halda isə həmin uşaqlar insan alverinin qurbanı ola bilərlər. Çünki onlar heç kəsin vecinə deyil. Onların yoxluğu heç kəsi narahat etmir.

Bunların qarşısını almaq üçün aidiyyatı qurumlar var gücləri ilə çalışmalıdırlar. Biz vәtәndaşlar isә bu istiqamәtdә o qurumlara yardımçı olmalıyıq. Onlara psixoloji yardım göstərmək,  uşaq evlərinə yerləşdirmək, təhsil vermək lazımdır. Xırda tәşәbbüslәr, maddi vә mәnәvi yardımlar bir uşağın gәlәcәyini dәyişmış olar. Çünki hər bir uşaq bir gələcək deməkdir. Təmiz və uğurlu bir cəmiyyətə sahib olmaq istəyiriksə bu uşaqlardan yan keçməli deyilik.