
Elton Məmmədov: “Avropa getsin, əvvəlcə öz problemlərini həll etsin”
“Avropada Azərbaycanı zəif, kiminsə buyruq qulu olaraq görmək istəyirlər. Lakin unudurlar ki, bu heç zaman mümkün olmayacaq”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov Avropa Parlamentinin Azərbaycandan insan haqlarının pozulmasına dair növbəti qətnaməsini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Avropada insan haqları daha çox pozulur, nəinki Azərbaycanda: “Biz müasir, sivil bir zəmanədə yaşayırıq. Müasir texnologiyalar informasiyanı işı sürəti ilə yayır. Hər birimizin də Avropada aksiyaçıların üstünə it qısqırdılmasından, onların vəhşicəsinə döyülməsindən xəbərimiz var. Avropanın ikili standartlardan çıxış etdiyini də gözəl bilirik. Onu da bilirik ki, bu gün işğalçı Ermənistana göz yuman Avropa məhz erməni lobbisinin sifarişi ilə ölkəmizi hədəfə alıb. Avropa getsin əvvəlcə, öz problemlərini həll etsin. Sonra gəlib bizdən danışar”.
Qaynar.info