Xəbər lenti

Bizə də "BİRAZ" deyirlər...
Ölkə13:46 29.04.2013

Bizə də "BİRAZ" deyirlər...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sevinc Çılğın

Jalə İsmayılın "Siz Bakını qorumaq üçün neylədiniz?" yazısına cavab

Bəli, Jalə, siz - “yeraz”, “qıraz” minlərlə, milyonlarla, bizsə BİRAZIQ... Bizə də “biraz” deyirlər artıq...
Bakıya insanlar - əyalət adamları axın-axın axışdılar, soxuldular. Dərdi olan da gəldi, kefindən gələn də.

Axının qarşısında həyalı azlıq nə edə bilər axı?

“İnsanların şəhidini, itkinini, əsirini saya salıb” susduq!

Evlərimizə soxuldular qaçqınıq deyə, susduq!

Yazıqdır, yetimdir, qaçqındır, köçkündür deyib xətrinə dəymədik.

Tək qızdır burda, kənddən gəlib, özümüzdən ayırmayaq deyib yad gözlə baxmadıq!

O“sovetski”, “kubinka” oğlanları onlara bacı gözüylə baxdılar, yerigələndə, qeyrətini də çəkdilər. Bir dedilər “məhləyə yad oğlanla” gəlmə,beş dedilər, on beş dedilər, bıçaq çıxartdılar, qana düşdülər, güdazagetdilər, olmadı, yenə olmadı... Bir də ayıldılar ki, həmin o (səninsözün kimi istifadə edirəm) “kəççilər” polisə şikayət etdilər, üzünücırıb “mənə əl atıb” dedilər... Bağışla, biz day burda heç nə eləyəbilməzdik...

Şəhər nədir, nə deməkdir? Şəhər“mədinədir” ərəbcə, bildiyin “mədəniyyət” də bu sözdəndir. Əgər gələnşəhərdə, mədəni bir yerdə olduğunun fərqində deyilsə, özünə hörmət edibözünü şəhərli kimi aparmırsa, şəhərlidən şəhərli olmağı öyrənməyə cəhdetmirsə, şəhər kanonlarından bixəbər olmağa üstünlük verirsə, qoyunotaranda otardığı ilə necə danışırsa, elə şəhərdə də bu bir parça dilinidəyişmirsə, əlimizdən nə gələr ki?

Qaçqınlığı,köçkünlüyü bayraq edib, həyasızca adamın üzünə duran, evinə soxulubçıxmıram deyən adama ancaq söz demək olar, başqa heç nə, o da təsiredərsə.

Təkcə daş-divardımı Bakı? Muzey, qala,abidədirmi Bakı? Bakı canlı, capcanlı bir orqanizmdir, mikroplar buorqanizmə soxulubsa, içini gəmirirsə, qanına nüfuz edirsə və əndəhşətlisi, bu orqanizm müdafiəsizdirsə, ondan da faciəlisi, bu canlınınürəyi də, beyni də BİRAZLARIN əlində deyilsə, nə edə bilərik?

Bizə “qonaqpərvər deyilsiz” deyirsiz. Özünüz özünüzü inkar etmiş olmursuzmu? Bunca qonağa qucaq açmışıq, çoxsağolumuzdur?

Düzdeyirsən. Sizə xarakter göstərmədik. Gərək bir az qəddar olaydıq,dərdini götürüb qaçan soydaşımıza, insanımıza rədd ol deyəydik,göndərəydik gəldikləri yerə. Onda bizdən yaxşısı olmazdı.

Sənreallıqları unudursan. Hansı şəhərdən yazdığın bəlli, amma hansıölkədən danışdığın yadından çıxır deyəsən. Balasını əsgər yollayıb,allah gözündə günahkar kimi – intihar adıyla öldürülən analar var buməmləkətdə. Həmin o anaları o mitinqlərdə sürüyürlər! “Bizə Bakımızıverin!”, “Bakıdan gedin!”, “Bakıda özünüzü bakılı kimi aparın!” şüarıylaçıxsaq mitinqlərə, nə olacaq təsəvvür edirsən?

Bizbu dərdi içimizə atdıq. Biz həyasızdan həyamızı gözlədik. Biz hücumunqarşısında aciz qaldıq. Amma o axının içində, o çoxluğun içindəitib-batmadıq. Baş götürüb gedənimiz oldu, kəndlərə, o bəyənmədiyin,havasını havadan, suyunu min bulaqdan seçdiyimiz, tanıdığımız,sevdiyimiz, əncirini, üzümünü rayon dadından ayırdığımız, köhnə, qədim,kaloritini iliyimizə qədər hiss etdiyimiz o bağlara çəkilənimiz oldu.Ancaq rayona getmədik. Sizə qarışa bilmədik. Əslində atalar yanılıblar –el elə sığa bilmirmiş...

Üzgünəm, xəyal vəgerçəklik arasındakı məsafəni sənə göstərə bilmədiyimçün. Bakıxəyallarınızın, arzularınızın şəhəri ola bilər, ancaq bizim babamızın,bələyimizin, uşaqlığımızın, yaddaşımızın, həyatımızın, taleyimizinşəhəridir. Hə, biz bu gün sizinlə eyni taleyi paylaşırıq, ama nələrçəkdiyimizi, içimizdən necə göynədiyimizi siz bilə bilməzsiz!