Xəbər lenti

Bizə nifrət edənlər
Ölkə12:12 17.05.2013

Bizə nifrət edənlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Günel Mövlud

Biz, azərbaycanlılar demişkən,«bir ovuc tərbiyəsiz yazar», əlimizə qələm alandan, ictimai fikrə təsiretməyə başlayandan, görünməmiş nifrətin hədəfi olmuşuq. Başda ziyalılarıolmaqla, Azərbaycan xalqı bizi «əxlaqsız», «xəyanətkar»,«ermənipərəst», «kafir», «düşmən dəyirmanına su tökən», «mavi», «fahişə»adlandırıb. Adımıza svingerlikdən tutmuş, orgiyalara qədər hər şeyçıxarıblar. Baş nazirin müavini Elçin Əfəndiyev bizə «lümpen» deyib. Birölkənin ziyalısının öz vətəninin gənc, qələmindən başqa heç nəyiolmayan yazarlarına münasibəti belə olub.

AmmaElçin Əfəndiyev büdcənin milyonlarından yararlandığı, teatr səhnəsini özpyesləri ilə doldurduğu, frak geyinib, möhtəşəm ziyafətlərdə iştirakelədiyi, Anar büdcənin milyonlarını öz axmaq ssenarilərinə xərclətdirib,havaya sovurduğu halda heç bir mədəniyyət hadisəsi, ciddi imzalaryarada bilmədilər. Qələmlərindən başqa heç nələri olmayan lümpenlərədəbiyyatda onlara qalib gəldilər. Bu gün imzası tanınan, normal ədəbifəaliyyəti olan, hətta ictimai mövqe məsələsində daha çox iqtidaryönlüədəbiyyata yaxın olanlar belə AYO-nun yetişdirməsidi. İllər ərzində AYOelə bir səviyyəyə çatdı ki, daha kiminsə AYO-ya rəsmən üzv olması vacibdeyil. AYO-çu olduğunu deməsi vacib deyil. Ədəbiyyatda bir az yenilikçi,siyasətdə bir az vətəndaş mövqeyi olan qələm adamını hamı onsuz daAYO-çu hesab edir. Bu gün AYO-nu kimin idarə etməyinin, sədrin kimolmağının, ofisi olub-olmamağının heç bir fərqi yoxdu. AYO az qala ideologiyaya çevrilib.

Bu gün etiraz edən,vətəndaş mövqeyi olan, hakimiyyətlə büdcənin, insan haqlarının,inhisarların, əksər ölümlərinin və daha nələrin davasını, haqq-hesabınıaparan gənclik həmin yalın əlli, heç nəyi olmayan bir ovuc yazarınyazıları sayəsində formalaşıb. O yazarların ki, prezident təqaüdüalmayıblar. Dövlət onlara mənzil verməyib. Aidiyyəti olan nazirlikləronlara qara qəpik ayırmayıblar. Heç birinin QHT sektoruna aidiyyatıyoxdur. Müxalifətdən dəstək görməyiblər. Xalqdan dəstək görməyiblər. Oyazarlar ki, hakimiyyət onlara problem yaratdıqlarına görə nifrəteləyib. Beyinləri yumağa, cahilləşdirməyə ayırdıqları, xərclədiklərimilyonlarla pulun qabağına qələmləri ilə çıxdıqlarına görə nifrəteləyib. Müxalifət onlara fərqli, başqa qüvvə olduqlarına görə, dindarlarateist olduqlarına görə nifrət eləyib. Xalqın mentalitet adı altındaəclaflığa, yaltaqlığa, rüşvətə bəraət verdiyini  ifşa elədiklərinə görəxalq onlara nifrət eləyib. Başqa şöhrət yox, məhz yazıçı şöhrətininhəsrətində olan Kamal Abdulla bizə onun əsərlərinə laqeyd qaldığımızagörə nifrət eləyib. Arzularını doğrultmadığımıza, yaxşı – oxu, rüşvətalan, Mersedes sürən, evə pul gətirən, yaxşı yerdən qız alan, yaxşı yerəgəlin gedən, yaxşı toy eləyib, nəvə sahibi eləyən – oğul, qız olabilmədiyimizə görə öz doğma ata-anamızın da bizdən zəhlələri gedib…

Ammahəyatda işıqlı şeylər də olur. Yazılanlar öz bəhrəsini verdi. Həryazıda basdırdıqlarımız minalar partladı. Gözləmədiyimiz halda yüzlərləgənc peyda oldu. Bizim gənclərimiz. Bizim yazılarımızın nəticəsi olan,AYO-nun, Alatoranın, Alma qəzetinin nəticəsi olan gənclər. Yeni imzalar,hüquqşünaslar, intellektuallar. AYO-nun, AYO-çuların sayəsində bu günmüxalifətçilik təkcə meydanda bağırmaq deyil. Polisə döyülmək deyil.Həbslər deyil. Bu gün müxalifət həm də mədəni tədbirlərdir, qələmdir,yazıdır, saytdır, kitabdır. Bəli bu gün bizim eləmək istədiyimiz fikir,təfəkkür, mədəniyyət inqilabın qələmi, yazısı, kitabı var.

Nə ilə? Hansı pullarla, hansı qüvvə ilə?

Sıfır büdcə ilə.

Qrantsız.

Ofissiz.

Qərargahsız.

Evsiz.

Dəstəksiz.

BizimAzərbaycan ziyalısının, yazıçısının, məmurunun, müəlliminin,ağsaqqalının, Anarın, Elçinin nifrətindən başqa heç nəyimiz olmayıb…

elitar.az