Xəbər lenti

Biznes sahibləri üçün yeni xidmət – daha çox müştəri cəlb edə biləcəksiz (FOTOLAR)
Foto05:00 27.10.2017

Biznes sahibləri üçün yeni xidmət – daha çox müştəri cəlb edə biləcəksiz (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda biznes sahibləri və paytaxt sakinləri üçün maraqlı olacaq yeni xidmət – "mural art” xidmətləri istifadəyə verilib. Belə ki, "WoWallart” şirkəti divar, taxta, lövhə və şüşə üzərində kreativ illüstrasiya və rəssamlıq xidmətləri təqdim edir. Xüsusilə biznes sahiblərinin diqqətini çəkən "mural art” ofislər, restoranlar, biznes, co-working, tədris mərkəzləri, bağçalar və digər məkanların estetika və komfortunu daha da artırır. Nəticədə kreativ divar illüstrasiyaları belə məkanlara daha çox müştəri cəlb edir.
Artıq "WoWallart”ın xidmətlərindən indiyədək "Nar & sharab”, "Passage 1901” kimi restoranlar, "EduGrata” təhsil mərkəzi, "PİTS” informasiya texnologiyaları şirkəti və digər biznes məkanlarda istifadə olunub. 
Şirkət Azərbaycanda ilk dəfə olaraq ali təhsil ocağında "mural art” tətbiq etməklə təhsil sahəsində bir yeniliyə imza atıb. Belə ki, ilk dəfə Azərbaycan Dillər Universiteti üçün belə xidmətlər göstərilib, universitet binasının divarlarında kalliqrafiya və illüstrasiyalar işlənib. 
Eyni zamanda, "WoWallart”ın belə xidmətlərindən paytaxt sakinləri də faydalana bilər. Belə ki, həyət evi, villa və mənzillərdə (qonaq, yataq, uşaq otağı, dəhliz) divarlarda müxtəlif yaradıcı rəsmlərlə evin gözəlliyini artırmaq və daha zövqlü etmək mümkündür. Valideynlər öz uşaqlarının sevdiyi illüstrasiyaları (komikslər, animasiya personajları və s.) onların yataq otağında əks etdirmək üçün bu şirkətə müraciət edə bilərlər. 
Qeyd edək ki, şirkətin mühüm üstünlüyü Bakıda ən sərfəli qiymətlərlə belə xidmətləri təqdim etməsidir və hazırda müxtəlif endirimlər tətbiq olunur. Əvvəlcə müştərinin istəyi öyrənilir, ideyalar təklif olunur, eskiz-nümunələr hazırlanıb göstərilir (elektron və çap variantda), yalnız ondan sonra əgər bəyənilsə həmin illüstrasiyalar divarda işlənir. İşlər ekoloji təmiz şəkildə, keyfiyyət və səliqə ilə görülür, qısa zamanda sifarişçiyə təhvil verilir. 
"WoWallart” istənilən mövzuda kreativ divar illüstrasiyaları və rəsmlər təklif edir. Məkanın məqsədindən asılı olaraq müxtəlif peşə və biznes sahələri, istirahət, idman, təbiət, kosmos, elm, musiqi, məişət və s. mövzularda illüstrasiyalar divarlara həkk oluna bilər. Belə rəsmlər divarlara müştərinin istəyindən asılı olaraq boya və ya spray (graffiti) ilə çəkilə bilər. 
Bu incəsənət işi estetika, motivasiya, sevgi və komfort yaradır. Hər bir biznes və qeyri-biznes sahəsi üçün bu çox faydalı və diqqətçəkicidir. Belə xidmətlər dünyada məşhurdur və bir çox ölkələrdə insanların belə incəsənət işinə marağı böyükdür. "WoWallart”-ın məqsədlərindən biri də bu yeniliyi Bakıda da sevdirmək, bu sahəni daha da inkişaf etdirməkdir. 
Bu xidmətlər üçün müraciət: (həftənin bütün günləri, 09:00-20:00)
Əlaqə tel: (055) 280 30 16
WhatsApp: (055) 740 74 54
Facebook və İnstagram səhifələr:
www.facebook.com/wowallartazerbaijan/
www.instagram.com/wowallart_azerbaijan/