Xəbər lenti

Biznesmen və avtomobilindəki şəxs faciəvi şəkildə öldü
Ölkə04:45 29.07.2022

Biznesmen və avtomobilindəki şəxs faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində "Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.
Nəticədə "Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.
Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və "Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır.