Xəbər lenti

Bölgələrdə küləyin sürəti 30 m/s-ə çatır - Faktiki hava
Ölkə19:54 02.09.2021

Bölgələrdə küləyin sürəti 30 m/s-ə çatır - Faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədə faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Qaynarinfo Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sentyabrın 02-si saat 22:00 məlumatına əsasən, şimal-qərb küləyi Tovuzda arabir 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Ağdam, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöldə 18 m/s, Kəlvəz, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda arabir 23 m/s, Binədə 18 m/s, Qum adası, Pirallahıda 15 m/s-dək güclənib.