Xəbər lenti

Ölkə 19:05 08.11.2023

“Blue River” restoranında havaya atəş açıldı - 100 manat cərimə edildi

Göyçay şəhərində yerləşən "Blue River” restoranında havaya atəş açıldığına görə saxlanılan olub.  

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə saxlanılan 1992-ci ildə Rusiya Fedarasiyasında anadan olmuş Namiq Səmədov (ad, soyad-şərti) barəsində İnzibati Xətlar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Sözügedən maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

N.Səmədov məhkəmədə ifadəsində bildirib ki, havaya o deyil, dostu Nicat atəş açıb: "Dostlarım Məhəmməd və Nicatla sözügedən restorana getdik. Orada bir qədər oturduqdan sonra ov silahını Nicata verdim. Nicat ov silahını götürüb avtomobilə əyləşərəkər həmin silahdan havaya atəş açıb. Törətdiyi əməldən peşmandır”.

Məhkəmənin qərarı ilə, Namiq Səmədov İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd 12 kalibrli, Barak markalı, 635- H-21-PT-6 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 100 manat məbləğində cərimə edilib.

Havaya atəş açdığı deyilən Nicatın saxlanılıb-saxlanılmaması ilə bağlı məlumat yoxdur.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?