"Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır".
	
Qaynarinfo xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.
	
 
Onun sözlərinə görə, "omikron" ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir:
 
"ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik".
 
Xəyal
             
            
Şərhlər