Xəbər lenti

BMT-nin maşını Qaxda qəzaya düşdü: Yaralılar var (FOTO)
Ölkə16:07 12.10.2021

BMT-nin maşını Qaxda qəzaya düşdü: Yaralılar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaxda minik avtomobili motosikletlə toqquşub.
Qaynarinfo xəbər verir ki, hadisə axşam saatlarında Qax rayonu ərazisində baş verib.
Belə ki, Qaxdan Zaqatala rayonu istiqamətində hərəkətdə olan "Toyota” markalı minik avtomobili motosikletlə toqquşub.
Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, minik avtomobili BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) məxsusdur.
Faktla bağlı araşdırma aparılır.