Xəbər lenti

BNA-da 5,8 milyonluq müqavilə: yeni dayanacaqlar quraşdırılacaq
Ölkə11:00 29.09.2017

BNA-da 5,8 milyonluq müqavilə: yeni dayanacaqlar quraşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, iri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə "SAR Qrup" MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.

Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da "SAR Qrup" həyata keçirəcək. BNA ilə "SAR Qrup" arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.

Qaynarinfo.Az