Bir müddət əvvəl saytımızda Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində 1.18 nişanında nöqsan olduğu ilə bağlı məqalə dərc olunmuşdu və bununla əlaqədar vətəndaş Kənan Məmmədovun rəsmi olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etdiyi qeyd edilmişdi.
Qaynarinfo xəbər verir ki, artıq BNA-dən vətəndaşa rəsmi cavab gəlib və fərqin aradan qaldırıldığı bildirilib. Biz də öz növbəmizdə hadisəyə operativ baxdığında görə BNA səlahiyyətlilərinə təşəkkür edirik. Cavab məktubunu təqdim edirik.
