Xəbər lenti

BNA: Daşıyıcı şirkətlərin karantin dövründə davranışları onlarla bağlı qərarlara təsir edəcək
Ölkə14:43 04.05.2020

BNA: Daşıyıcı şirkətlərin karantin dövründə davranışları onlarla bağlı qərarlara təsir edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İndiki dövrdə avtobusların xətlərdən çıxarılması deyil, ancaq xətlərə daxil edilməsi baş verə bilər”.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
"Daşıyıcıların bu günlərdə yanaşması bizim tərəfimizdən izlənilir. Pandemiya dövründən sonra qərarlar həmin istiqamətlərdə veriləcək ki, qoyulan qaydalara hansı şirkətlər daha ciddi əməl etdi, hansılar isə dırnaqarası yanaşdı”, - o əlavə edib.