Xəbər lenti

BNA havaların dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
Ölkə09:16 08.02.2020

BNA havaların dəyişməsi ilə bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Havaların kəskin dəyişməsi ilə yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hava şəraitinin kəskin dəyişməsi ilə bağlı aidiyyatı qurumların xəbardarlığını şərh edərkən deyib. O, sürücülərə sürət həddini aşmamaq üçün xəbardarlıq edildiyini bildirib:
"Daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”.
Bahar Rütəmli