Ölkə 09:35 15.05.2023

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-sı tarixinə nəzərdə tutulub.

Bu barədə Qaynarinfo-ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may pensiyaları ayın 10-da ödənilib.