Xəbər lenti

Boksçularımız 7 medal qazandı
12:12 21.03.2021

Boksçularımız 7 medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.
Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, boksçularımız turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.

Oxşar xəbərlər