Xəbər lenti

Boksçumuz ermənini məğlub etdi
İdman14:06 13.11.2013

Boksçumuz ermənini məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb. Azərbaycan milli komandasının 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıblar.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı  qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.

Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib – 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.

Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.(musavat.com)