Xəbər lenti

Bolqarıstan Ukraynanı tərk edən azərbaycanlılar üçün viza tələbini ləğv etdi
Ölkə17:54 27.02.2022

Bolqarıstan Ukraynanı tərk edən azərbaycanlılar üçün viza tələbini ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstan Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən bildirilib.
"Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.