Xəbər lenti

Borca görə İranda saxlanılan azərbaycanlı üçəmlər evə buraxıldı
Ölkə11:24 17.03.2014

Borca görə İranda saxlanılan azərbaycanlı üçəmlər evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onların borcunu tanımadıqları bir soydaşımız ödəyib.

İranda bir aya yaxındır xəstəxanaya borclarını ödəyə bilmədiyindən saxlanılan azərbaycanlı ailə evə buraxılıb.

Qaynar.info  APA-ya istinadən xəbər verir ki, İranın “Səhər” telekanalının verdiyi məlumata görə, bunu qonşu ölkədə ailə qurandan on il sonra üçəm dünyaya gətirmiş 33 yaşlı Günay Həsənovanın anası Fatimə Ağayeva bildirib.

Onun sözlərinə görə, kömək üçün lazımi dairələrə müraciət etsə də, nəticəsiz qalıb: “Bizim çox böyük pul problemimiz olub, xəstəxananın xərclərini tam ödəyə bilməmişik. Azərbaycan mətbuatında bizim girov saxlanılmağımız, incidilməyimizlə bağlı xəbər yayılsa da, bir nəfər də olsun xəstəxanaya gəlməyib”. 

F.Ağayeva deyib ki, İranın Gilan vilayətinin mərkəzi Rəşt şəhərinin Beynəlxalq Həzrəti Qaim Xəstəxanasına olan borclarını tanımadığı və heç bir təşkilatın üzvü olmayan bir nəfər ödəyib: “Bu şəxs Azərbaycandan gələrək uşaqlarımın xəstəxanadan çıxması üçün lazımi vəsaiti verib”.

Qaynar.info