Xəbər lenti

Boğularaq öldürülən qadın Qarabağ müharibəsi veteranı çıxdı
Ölkə07:30 31.03.2014

Boğularaq öldürülən qadın Qarabağ müharibəsi veteranı çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda boğularaq öldürülən qadın Qarabağ müharibəsi veteranı, 3-cü qrup olub

Bakıda törədilən qətllə bağlı maraqlı faktlar ortaya çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, Binəqədi rayonunda tanışı Sevinc Hüseynova tərəfindən boğularaq öldürülən Yasəmən Süleymanovanın Qarabağ müharibəsinin iştirakçısı olduğu məlum olub.

Y. Süleymanova Qarabağ müharibəsində iştirak edib və bir neçə dəfə ağır yaralanıb.

3-cü qrup əlil olan Y. Süleymanova müharibədən sonra sürücülüklə məşğul olurmuş.

Qətlə iki qadın arasında şəxsi münasibətlər zəminində düşən mübahisənin səbəb olduğu bildirilir.

Qaynar.info