Xəbər lenti

BQXK nümayəndələri əsirlikdə olan əsgərimizə baş çəkib
Ölkə08:07 26.08.2013

BQXK nümayəndələri əsirlikdə olan əsgərimizə baş çəkib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgəri Firuz Fərəcova baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
 
Onun sözlərinə görə, başçəkmə avqustun 23-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

 Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Qaynar.info