Xəbər lenti

“Brest qalası” "Xoca"nı məhkəməyə verməyəcək
Ölkə07:20 28.03.2013

“Brest qalası” "Xoca"nı məhkəməyə verməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Maraqlıdır... Lakin mən heç bir tədbirə əl atmayacağam”.

Bu sözləri Modern.az-ın sorğusuna cavab verərkən rusiyalı rejissor Aleksandr Kott bildirib. “Brest qalası” filminin müəllifi öz kinoəsəri ilə “Xoca” fimi” arasındakı “oxşarlıq” iddialarını yazılı şəkildə şərh edərkən yalnız bu sözləri deməklə kifayətlənib. A.Kott “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlayıb.

Aleksandr Kottun “Brest qalası” filmi 2010-cu ildə istehsal olunub. Filmin ssenarisindəki bir sıra epizodlar Vahid Mustafayevin “Xoca” filmində titr bənzərliyinə qədər təkrarlanır. Hətta “Xoca”da müğənni Mina Sovetskayanın oxuduğu mahnı da rusiyalı bard Boris Qrebenşikovun musiqisi ilə eyniyyət dərəcəsindədir. Bunu əsas götürərək kino sahəsi üzrə bir sıra ekspertlər “Xoca” filmini plagiatlıqda ittiham edir.

22 filmin quruluşçu rejissoru və 5 filmin ssenari müəllifi olan A.Kott bir sıra mötəbər festivallarda mükafatlara layiq görülüb. “Brest qalası” isə Federal Təhlükəsizlik Xidmətinin mükafatını qazanıb.

Qaynar.info