Xəbər lenti

Britaniya brendi “Bandotdel”ə aparılan oliqarxla tərəfdaşlığı kəsdi
Ölkə05:05 23.07.2015

Britaniya brendi “Bandotdel”ə aparılan oliqarxla tərəfdaşlığı kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyanın məşhur “Harvey Nichols” brend mağazalar şəbəkəsi azərbaycanlı oliqarx və keçmiş deputat, “kredit oliqarxlarının həbsi kampaniyasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirilən Dünyamin Xəlilovun şirkəti ilə partnyorluq lisenziyasını ləğv edib. 
Virtualaz.org saytı xəbər verir ki, “Harvey Nichols” Bakıdakı “Globus Plaza” univermağından öz brendini yığışdırıb.
11 min kvadratmetr sahəsi olan “Harvey Nichols” bu ilin martında açılıb. Bu ticarət mərkəzində dünyanın 500-dən çox məşhur brendinə aid qadın və kişi geyimləri, habelə uşaq geyimləri və aksessuarlar satılırdı.
“Harvey Nichols” brendi bu ticarət mərkəzində françayzinq müqaviləsi əsasında istifadə edilirdi. Lakin iki ay əvvəl Britaniya şirkəti Azərbaycandakı françayzinq tərəfdaşı, “Global Construction” investisiya qrupunun tərkibində olan “Perfomans” şirkətini xəbərdar edib ki, mağazadan öz brendini götürməyə hazırlaşır.
Britaniya şirkətinin mətbuat katibi bildirib: ““Harvey Nichols” Bakıdakı ticarət mərkəzinin operatoru ilə lisenziya razılaşmasını dayandırıb. Nəticədə Bakıdakı mağaza artıq “Harvey Nichols” brendi altında işləmir. Hüquqi səbəblərdən heç bir əlavə şərh verə bilmərik”.
Xatırladaq ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka 250 milyon dollar kredit borcu olduğu haqda məlumatlar var. O, banka yüz milyonlarla dollar kredit borcu olan iş adamı Xaqani Bəşirovla ortaqdır.
Kredit oliqarxlarının həbsi başlayandan sonra onların kredit hesabına yeni açdıqları “Globus Plaza”da böhran yaranmışdı.
Qaynar.info