
Britaniya xarici işlər naziri İlqar Məmmədova məktub yazıb.
Qaynar.info saytı Cumhuriyyət.info saytına istinadən məktubu təqdim edir:
“REAL” (Respublikaçı Alternativ) Hərəkatının sədri İlqar Məmmədova.
Əvvəlcə, yaşamış olduğunuz hadisə ilə bağlı 7 Noyabr tarixli məktubunuz və mənim 17 Dekabr tarixində Bakıya etdiyim səfər üçün sizə öz təşəkkürümü bildirirəm. Mən göndərmiş olduğunuz məktuba səfərimdən sonra verəcəyim cavabın gecikməsindən dolayı sizdən üzr istəyirəm.
Mən sizinlə 1990-cı və 2000-ci illərdə keçirilən müxtəlif Beynəlxalq Demokratik Təşkilatlar tərəfindən İngiltərədə keçirilmiş tədbirlərdəki görüşlərimi çox yaxşı xatırlayıram və qeyd etmək istəyirəm ki, fevral ayında sizin həbs edilməyiniz barəsindəki xəbəri çox böyük təəssüf hissi ilə qarşıladım.
İngiltərə Azərbaycanla insan hüquqları sahəsində öz fikirlərini bölüşməyə imkan verən daimi hökümətlərarası, eləcə də müxtəlif səviyyələrdə əlaqələrə malikdir. Biz bu əlaqələri davam etdirmək üçün hər cür imkanlardan istifadə edirik.
Mən ötən dəfəki səfərim öncəsi, sentyabrın üçündə Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovla görüşüm zamanı sizin məsələniz də daxil olmaqla, ölkənizdəki bir sıra hallarla bağlı öz narahatlığımı ifadə etmişəm. Bakıya dekabrın 17-də etdiyim səfərin tərkib hissəsi olaraq həm prezident İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyim görüşlərdə həm insan hüquqları problemi, həm də siyasi islahatların keçirilməsi məsələsi ətraflı olaraq müzakirə edilib və mən həmin görüşlərdə sözü gedən problemlərin Azərbaycanın iqtisadi və social sahələrdəki uğurlarına kölgə saldığını ifadə etmişəm.
Mən sizin məsələniz ilə bağlı narahatlığımı bir daha təkrarlayaraq, fürsətdən istifadə edib “NİDA” Vətəndaş Hərəkatı fəalları və mənim səfərim ərəfəsində həbs olunan “Seçki Monitorinqi və Demokratiyanın Tədrisi” mərkəzinin rəhbəri Anar Məmmədli ilə bağlı müzakirələr aparmışam.
Mən Azərbaycanla İngiltərə arasındakı hərfərəfli və möhkəm əlaqələrin enerji sahəsi də daxil olmaqla, bir çox digər sahələrdə çiçəklənməsini arzulayıram. “Şah Dəniz II” İnvestisiya layihəsi bu əlaqələrin vacib bir aspektidir. Lakin, bizim üçün iqtisadi inkişaf və çiçəklənmə daha çox insan hüquqları ilə bərabər addımlamalıdır. Azərbaycanda xüsusilə seçki öncəsi demokratik idarəetmə, habelə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ümumi vəziyyəti İngiltərə üçün dərin narahatlıq doğuran problem olaraq qalır. İkitərəfli əlaqələrimizin inkişaf edəcəyi təqdirdə, bizim Beynəlxalq Əlaqələr Ofisimiz vəziyyəti nəzarətdə saxlayıb durumla bağlı öz rəyini bildirməyə davam edəcək. Göstərdiyimiz daha geniş səylərin tərkib hissəsi olaraq, bizim Bakıda fəaliyyət göstərən səfirliyimiz digər ölkələrin diplomatik nümayəndəliklərlə bərabər sizin götürmüş olduğunuz öhdəliklərə əməl edilməsinin monitorinqini aparacaq.
Əmin olun ki, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətin yaxşılaşmayacağı təqdirdə, biz bundan sonra da keçiriləcək ikitərəfli və çoxtərəfli görüşlər və toplantılarda ölkənizdəki insan hüquqlarının vəziyyətini daha geniş formatda müzakirəyə çıxaracağıq.
WILLIAM HAGU
Qaynar.info