Xəbər lenti

Britaniyada 20 ukraynalı pilot F-16 təlimlərinə başlayır
Dünya 11:52 25.05.2023

Britaniyada 20 ukraynalı pilot F-16 təlimlərinə başlayır

Böyük Britaniyada təxminən 20 ukraynalı pilot F-16 təlimlərinə başlayacaq.

Qaynarinfo xəbər verir ki,  bu barədə "Foreign Policy" nəşri məlumat yayıb.

Britaniya hökumət nümayəndəsi bildirib ki, 20-yə yaxın ukraynalı pilot ilkin təlim keçəcək.

"Bu, ukraynalı pilotlar üçün ilkin yerüstü hazırlıq olacaq, bundan sonra onlar konkret F-16 təlimlərinə hazır olacaqlar", - dövlət rəsmisi bildirib. 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak mayın 19-da ölkəsi ABŞ, Niderland, Belçika və Danimarkanın ukraynalı pilotların Qərb qırıcıları üzərində təlimində iştirak etməyə razılaşdığını açıqlayıb. Britaniya yayda təlimlərə başlayacağını vəd edib. Birgə təlim haqqında qərar ABŞ prezidenti Co Bayden tərəfindən də dəstəklənib.

Nizami Bağırov