Xəbər lenti

Britaniyalı nazirin “Qarabağ”dan istəyi: 7-0 udun!
Ölkə16:37 14.09.2017

Britaniyalı nazirin “Qarabağ”dan istəyi: 7-0 udun!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına “Çelsi”ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, “Çelsi-Qarabağ” oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq”.

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: “Onun adı Britaniyanın futbol tarixinə yazılıb”.

Qaynarinfo.Az