
Təxminən 2 min İngiltərə, Uels və Şimali İrlandiyadan olan futbol xuliqanı yayda Fransada keçiriləcək Avropa çempionatına buraxılmayacaq.
Qaynar.info xəbər verir ki, bu barədə baş polis müavini, İngiltərə və Uelsdə futbol siyasəti üzrə rəhbər Mark Roberts deyib.
Buna səbəb Fransada olan 2 terror hadisəsidir. Ona görə də Fransanın Yerli Təşkilat Komitəsi stadionlarda təhlükəsizliyin təmin olunması üçün mümkün vasitələrdən yararlanır. Hətta acil durumlarda oyunların azarkeşsiz keçirilməsi məsələsi də gündəmə gətirilsə də, bu variant qəbul edilməyib.