Xəbər lenti

BŞBPİ-dən mitinqin qarşısını alan polislərlə bağlı açıqlama
Ölkə09:58 24.10.2019

BŞBPİ-dən mitinqin qarşısını alan polislərlə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkədə aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BŞBPİ-nin Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, məlumat həqiqəti əks etdirmir: "Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".