Xəbər lenti

Meriyada xeyli kompüter yoxa çıxıb - Eldar Əzizov göstəriş verdi
Ölkə06:05 01.10.2018

Meriyada xeyli kompüter yoxa çıxıb - Eldar Əzizov göstəriş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb.
Qaynarinfo unikal.org-a istinadən xəbər erir ki, Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılır. Buna səbəb meriyadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun göstərişi ilə icra hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılır. Bu işdə prinsipial mövqe tutan Eldar Əzizov aparılan yoxlamaların sonunda ciddi ölçülərin götürülməsini nəzərdə tutur.
Bakı Şəhər İcra Hakimiyyətindən meriada inventarlaşma işlərinin aparıldığını təsdiqləyiblər.