Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə cavab verib.
Bu barədə AzNews.az-a Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev məlumat verib. Məlumata görə, BŞİH Milli Şuranın sentyabrın 29-da Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirməsinə icazə verməyib.
BŞİH-dən bildirilib ki, həmin tarixdə qeyd olunan yerdə mitinq keçirmək üçün Müasir Müsavat Partiyasına icazə verilib. MŞ-də isə təklif edilib ki, mitinqlərini sentyabrın 28-də keçirsinlər.
Qeyd edək ki, MŞ sentyabrın 29-da saat 16-da qeyd olunan yerdə mitinq keçirmək üçün BŞİH-ə müraciət etmişdi.