
İqtisad Universitetinin qarşısında bu dəfə zirehli döyüş maşını saxlanılıb.
Qaynar.info xəbər verir ki, sosial şəbəkəlrdə yayılan fotoda hərbi döyüş texnikası olan BTR dayanıb. Döyüş texnikasının günün bu vaxtı şəhərin mərkəzində olması və universitetin binasının qarşısında dayanması böyük marağa səbəb olub.
Qaynar.info universitetdə oxuyan tələbələrin biriylə əlaqə saxlayıb. Danışıq zamanı məlum olub ki, ərazidə 20 Yanvar hadisələriylə bağlı kino çəklişləri gedir. BTR buna görə universitetin binasının qarşısında dayanıb. Filmi çəkən ANS prezidenti Vahid Mustafayevdir.
Qaynar.info

